Accessibility links

BMT: Suriya hökumət qüvvələri Hələbdə azı 82 mülki vətəndaşı öldürüb


BMT bildirib ki, Suriyada hökumət qüvvələrinin Hələb şəhərinin dörd müxtəlif məhəlləsində azı 82 mülki vətəndaşı öldürdüyünə dair məlumat əldə edib.

BMT İnsan Haqları agentliyinin sözşüsü Rupert Kolvill Cenevrədə deyib ki, məlumatları yoxlamaq çox çətindir və qətliamın dəqiq nə zaman baş verdiyi aydın deyil.

Beynəlxalq Qırmızı Xaş cəmiyyətinin komitəsi Hələbin şərqində minlərlə mülki vətəndaşın sığınmağa təhlükəsiz yer tapa bilməməməsini ilə bağlı xəbərdralıq edib və döyüşən tərəfləri onları müdafiə etməyə çağırıb.

Müraciət prezident Bəşar Əl Əssəd qüvvələri Hələbin şərqində üsyançıların nəzarətində olan bir neçə rayonu ələ keçirmək üçün hücuma keçdiyi vaxta təsadüf edir.

Bir çox mülki vətəndaş şəhərdən qaçır. Bəziləri hələ də üsyançıların nəzarətində olan ərazilərə gedir. Lakin onların əksəriyyəti Hələbin hökumətin nəzarətində olan qərb hissəsinə üz tutur.

Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, ötən 24 saat ərzində 13 min 346 mülkü vətəndaş üsyançıların nəzarətində olan əraziləri tərk edib.

Suriya İnsan Haqlarını Müdafiə Təşkilatı bildirib ki, ötən ay 47 uşaq daxil olmaqla, azı 415 mülki vətəndaş üsyançıların nəzarətində olan ərazidə öldürülüb, yüzlərlə insan yaralanıb.

XS
SM
MD
LG