Suriya ordusunun bildirdiyinə görə, hökumət qüvvələri Hələbdə onlarla kəndin nəzarətini ələ keçirib. Qüvvələr vətəndaş müharibəsinin başlanğıcından bəri rəqib döyüşçülərin nəzarətində olan şimal-qərb bölgələr uğrunda mübarizə aparır.
Son inkişaflar rəqib döyüşçülərin raket hücumlarının hədəfinə çevrilən Hələbdə təhlükəsizlik vəziyyətini ağırlaşdırıb.
Yerli mənbələrin məlumatına görə, prezident Əsəd qüvvələri İdliblə sərhəd Xan Şeyhun yaxınlığındakı kəndləri ələ keçirib.
Suriyanın İnsan Haqlarının Monitorinqi qrupu Suriya qüvvələrinin rəqib döyüçşçülər, digər tərəfdə isə cihadçılarla qızğın döyüşlər apardığını bildirib.
BMT 3 milyon əhalisi olan İdlibdə gələn 6 ay ərzində 800 min insana yardımlar üçün 336 milyon dollarlıq ianə tələbi ilə dünya ictimaiyyətinə müraciət edib.
Bu bölgə əsasən Əl-Qaidənin keçmiş qolu olan Həyat Təhrir Əl-Şam qrupu tərəfindən idarə edilir.
Döyüşlər Suriya qüvvələrinin Dəməşqə aparan M5 maqistral yolunun nəzarəti altına almasından sonraya təsadüf edib.