Accessibility links

Hələbdən qaçan bəzi suriyalılar Türkiyəyə aparılıb [Video]


Hələbdən qaçan bəzi suriyalılar Türkiyəyə aparılıb
please wait

No media source currently available

0:00 0:01:54 0:00

Son günlər ərzində Hələbdən qaçan suriyalıların bəziləri bazar günü Türkiyəyə gedib. Şərqi Hələbdən evakuasiya ötən həftə hökümət qüvvələri üsyançıların nəzarət etdiyi əraziləri geri alandan sonra başlayıb. Lakin proses bazar günü üsyançı qruplar arasında evakuasiyanın necə irəliləməli olduğu ilə bağlı fikir ayrılqıları yaranandan sonra dayandırılıb. Bazar ertəsi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası evakuasiyaya nəzarət etmək üçün əraziyə BMT müşahidəçilərinin göndərilməsi ilə bağlı qətnamə üzərində səs verib.

Qaçqınları evakuasiya edən avtobuslar yandırılıb
Qaçqınları evakuasiya edən avtobuslar yandırılıb

Bir qrup Hələb qaçqını bazar günü Türkiyə sərhədini keçib. Digərləri isə üsyançıların nəzarət etdiyi İdlibə aparılıb. Bu qaçqınlar evakuasiya dayandrıılırmadan öncə şəhərdən çıxa bilib. Orada üsyançıların nəzarət etdiyi bölgələrdə zorakılıq hələ də davam edir.

“Müharibə gedir. Onlar orada insanları bombalayır.”

“Hələbdə bombardman, hava hücumları olur. Çox insan İdlibə qaçıb. Vəziyyət çox ağırdır,”

Türkiyə Suriya ilə sərhəddə min yaralı, yaşlı və əlil qaçqın üçün müvəqqəti qaçqın düşərgəsi salır.

Birləşmiş Millətlə Təşkilatı Təhlükəsizlik Şurası
Birləşmiş Millətlə Təşkilatı Təhlükəsizlik Şurası

Bu arada, militantlar İdlib ərazisindəki iki kənddən yaralı və xəstə insanları evakuasiya edəcək azı beş avtobusu yandırıblar. Bu insident evakuasiyaların dayandırılması və bir çox mülki vətəndaşın ərzaq və ya sığınacağa çıxışı olmayan yerlərdə ilişib qalmasına səbəb olub. Boş avtobuslar hökümət və müxalifət yeni evakuasiya razılığı əldə edənədək müsahirəyə alınan kəndlərin kənarında gözləyiblər.

Bir çox ölkədə etirazçılar Suriyada dinc əhaliyə qarşı qəddarlığı pisləyib. Bazar günü İordaniyanın paytaxtı Əmmanda Rusiya səfirliyinin önündə etiraz aksiyası keçirilib.

“Biz sadəcə ədalətsizliyə, Suriyadakı uşaqların və digər insanların öldürülməsinə “yox” demək istəyirik. Orada baş verənlər soyqırımdır, kütləvi qırğındır. Biz də buraya buna “yox” deməyə, orada baş verən ədalətsizliyə qarşı etiraz etməyə gəlmişik,” derə etirazçı Marina Abata bildirir

Bazar günü saatlarla davam edən müzakirələrdən sonra, Fransa və Rusiya vətəndaşlara qarşı rəftarı müşahidə etmək və ilişib qalan insanlara yardımın çatırılmasını təmin etmək üçün mühasirəyə alınmış ərazilərə BMT müşahidəçilərinin göndərilməsi ilə bağlı qətnamə layihəsi tərtib ediblər. 2011-ci ildə münaqişə başlayanadan bəri Rusiya Təhlükəsizlik Şurasının Suriyaya dair altı qətnaməsini rədd edib.

XS
SM
MD
LG