Accessibility links

Suriya hökuməti BMT-nin təklifini rədd edib


Qurum Hələbə muxtariyyət verilməsi ilə bağlı təkliflə çıxış edib

Suriya hökuməti Hələbə muxtariyyət verilməsi ilə bağlı BMT-nin təklifini rədd edib.

Suriyanın xarici işlər naziri Valid Müəllim deyib ki, döyüşçülər Hələbdən çıxarılan kimi dövlət orqanları orada öz fəaliyyətini bərpa edəcək.

Associated Press xəbər verir ki, BMT-nin xüsusi təyinatlı vasitəçisi Staffan de Mistura ilə görüşdən sonra Valid Müəllim Hələbdə hərbi əməliyyatları azaldacaqlarına dair bir söz deməyib.

Biz bununla razılaşdıq ki, terrorçular ərazidən çıxarılmalı və şəhər əhalisinin əzablarına son qoyulmalıdır

​Müəllim bildirib ki, Suriya Hələbdə olan 275 min sakini 6 min döyüşçünün əlində girov qoymayacaq:

“Biz bununla razılaşdıq ki, terrorçular ərazidən çıxarılmalı və şəhər əhalisinin əzablarına son qoyulmalıdır”.

Staffan de Mistura görüşün nəticələri barədə bir şey deməyib.

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, 5 gün ardıcıl zərbələr Hələbdə bütün xəstəxanaları dağıdıb, sakinlər tibbi yardımsız qalıb.

Hökumət qoşunu və Rusiya hərbçilərinin noyabrın 15-dən başlayan hücumu nəticəsində 100-dən çox dinc sakin öldürülüb, - Suriya hüquq müdafiəçiləri bəyan ediblər.

Noyabrın 20-də davam edən hücumlar zamanı 7 uşaq öldürülüb.

2012-ci ildən başlayaraq Hələb iki hissəyə ayrılıb. Birinə üsyançılar, digərinə hakimiyyət qüvvələri nəzarət edir.

XS
SM
MD
LG