Accessibility links

Suriyada bomba partlayışı çoxsaylı insan itkisinə yol açıb


Suriyanın Hələb şəhərinin şimal bölgəsində maşına yerləşdirilmiş bomba partlayışı çoxsaylı insan itkisinə yol açıb. Avtobus karvanını hədəf alan hücum nəticəsində onlarla insan yaralanıb.

Britaniyada yerləşən Suriyada İnsan Haqlarının Müşahidəsi qrupu 112 adamın həlak olduğunu bildirsə də, ölənlərin sayının artacağı barədə xəbərdarlıq verib.

Qurbanların əksəriyyətinin iki şiə kəndinin sakinləri olduğuna inanılır. Həmin kəndlər aylardır islamçıların mühasirəsində idi.

Hücumun məsuliyyətini üzərinə alan olmasa da, Suriyanın Əl-Qaidə qrupu da daxil edilməklə, sünni cihadçılardan şübhələnilir.

ABŞ-ın Suriyadakı səfirliyi tvit edərək bildirib ki, Amerika uşaqlar da daxil edilməklə, dinc əhaliyə qarşı bu vəhşi hücumu kəskin şəkildə qınayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG