Accessibility links

Helen Uffner - ABŞ-da ən böyük qədim paltar və aksessuar kolleksiyasının sahibi


Helen Uffner - ABŞ-da ən böyük qədim paltar və aksessuar kolleksiyasının sahibi
please wait

No media source currently available

0:00 0:03:21 0:00

Helen Uffner - ABŞ-da ən böyük qədim paltar və aksessuar kolleksiyasının sahibi

Hollivudun yeni bir film üçün orijinal Viktoriya paltarına və ya Edvard papağına ehtiyacı olduğunda kostyum dizaynerləri Nyu York şəhərinə üz tutur və vintaj əşyalarının kolleksiyasını toplayan Helen Uffnerə müraciət edir. 72 yaşlı moda ustası son 45 ildə 1000-dən çox filmi və teatrı kostyumlarla təmin edib, özünün istehsal etdiyi paltarları moda şoularında nümayiş etdirib.

Onun xəzinəsindəki geyimlər arasında Reyçel Brosnahanın ”The Marvellous Maisel”də geyindiyi papaqlar, Tom Hanksin ”Bridge of Spies” (Casuslar Körpüsündə) jaketi və Ancelina Colinin ”The Original Sin” (İlk Günah) filmindəki gecə köynəyi də var. Onun kostyumlarını daha yeni, 2021-ci ilin Oskar mükafatlarına layiq görülmüş "US vs Billie Holiday" və "Ma Rainey's Black Bottom" filmlərində də görmək olar.

Helen Uffner uzun illərdən bəri ABŞ-da ən böyük xüsusi geyim kolleksiyası olan ”Helen Uffner Vintage Clothing”in təsisçisidir. Onun kolleksiyasına Viktoriya dövründən tutmuş 1980-lərə qədər on minlərlə geyim və aksesuar daxildir.

"1982-ci ildə Vudi Allen“ Zelig“ filmini çəkirdi və ona görə Soho-da 1920-ci illərin geyimlərini axtararaq bir butikə girib. Sonra onlar mənim mənzilimə gəldi. O vaxt mənim kolleksiya topladığım bir yataq otaqlı mənzilim və sevgilim var idi. Onlar əlimdə olan hər şeyi aldı" deyir Helen Uffner.

Uffner vintal kolleksiyasını cavan vaxtlarından bəri toplamağa başlayıb. Əvvəlcə qədim kitabları qonşuların uşaqlarına baxaraq qazandeığı pullarla alıb. Sonra üzüklər, daha sonra isə geyim almağa başlayıb. O, qədim əşyalara sevgisinin ailəsindən varis qaldığını deyir. İkinci Dünya Müharibəsi zamanı onun valideynləri Polşadan qaçaraq Belçikaya yerləşib və ailə üzvlərinin əksəriyyəti faşist düşərgələrində ölüb. "Mən köhnə şeyləri sevirəm. Onlar mənimlə danışır, onların tarixi var. Bir vaxtlar onları kimsə sevib" - deyə, Uffner bildirir.

O, qədim zinət əşyaları tapıb satardı. Lakin nadir parçalar tapanda onlardan ayrılmaq istəmirdi. Qiymətli əşyalarını kostyum dizaynerlərinə, rejissorlara, moda nümayişi təşkilatçılarına icarəyə verməyə başladı. Tamaşalar sona çatır, aktyorların istifadə etdikləri paltarlar geri qaytarılmalı olurdular. Lakin bəzən onlar geri vermirdilər. ""The Irishman" filminə çox şey verdik. İki şey Robert De Niro üçün iki dəst pijama idi. Onun filmdə pijama və xalatda olduğu bir səhnə var. Ancaq onları geri qaytarmadılar."

Çəkilişlər zamanı paltarlar köhnəlir və ya cırılır. "Titanik" filminin çəkilişi zamanı paltarların geri olduğu kimi qaytarılacağına əmin olmadığı üçün Uffner risk etməməyə qərar verib. "Beləliklə, mən film üçün paltar vermədim. Və sonra öyrəndim ki, xarab olmuş əşyalar çox olub".

Brodvey, Hollivud, televiziya şouları, moda nümayişləri - Uffnerin dəyərli
kolleksiyasına tələb çoxdur. 45 ildə Uffnerin minlərlə filmdə, teatr əsərində və digər layihələrdə çox böyük əməyi var. Qədim əşyalara olan həvəs onun müştərilərinə dörd Emmi, Oskar və müxtəlif mükafatlar qazandırıb.

XS
SM
MD
LG