Accessibility links

Hello Kitty- 40-cı yubiley [Video]


Hello Kitty - 40-cı yubiley
please wait

No media source currently available

0:00 0:03:07 0:00

Yapon obrazı Hello Kitty-nin bu il 40 yaşı tamam olur. Yapon pop mədəniyyətinin bir hissəsi kimi başlayan Hello Kitty daha sonra qlobal fenomenə çevrilib. Hello Kitty-nin bu ildönümü hər yaşdan olan azarkeşlər tərəfindən Los Ancelesdə bir neçə tədbirdə qeyd olunur. Elizabet Li bizimlə detalları paylaşır.

Hello Kitty pizzasından Hello Kitty kosmetikasına qədər...

Mən düşünürəm ki, Hello Kitty-nin bütün dünyaya yayılmasında onun dizaynının dəyişmə rahatlığı və xalq istehlakının geniş diapazonu böyük rol oynayıb.

“Burada dodaq parıldadıcısından tutmuş göz karandaşına kimi hər şey var. Bunlar Hello Kitty-nin ən sevimli əşyaları sayılır.”

Azarkeşlər Los Ancelesdə Hello Kitty-nin 40-cı yaş gününü qeyd etdiyi üçün bu ikonik obraza şəhərin hər yerində rast gəlmək olar.

“O, şirindir. Bacım uşaqlarının ondan çox xoşu gəlir.”

Minlərlə azarkeş iclaslar və Hello Kitty temalı mehmanxanalar kimi ildönümü tədbirlərində iştirak edirlər.

Dizayner Şon Nib bu Hello Kitty sərgisini Line Hotel-də təşkil edib.

“Mən düşünürəm ki, bu obrazın məsumluqla əlaqəsi var. Onun qəbul etmə ilə əlaqəsi var. Onun sevinclə əlaqəsi var. Yəni, mən demək istəyirəm ki, biz yaşımızdan asılı olmayaraq bu obrazla əlaqə yarada bilərik.”

Azarkeşlər Şimali Amerikadakı ilk Hello Kitty muzeyini də ziyarət ediblər.

Yapon-Amerikan Milli Muzeyinin prezidenti Qreq Kimura bildirib ki, yapon ikonasının Şimali Amerikaya gətirilməsi Amerika tarixinin bir hissəsini əks etdirir.

“Müəyyən bir nəslin qadınları üçün, 40 il öncə Hello Kitty yeni tanınırdı və onların Yaponiya mədəniyyətinə bağlı qəbul edib, əlaqə qurduğu ilk obraz idi. Və bu obrazı ilk qəbul edənlər yapon-amerikalılar və asiya-amerikalıları idi.”

Hello Kitty üzrə alim və sərginin kuratorlarından biri Kristin Yano skaypla müsahibədə bildirib ki, Hello Kitty mağazalarına ilk Asiya anklavlarında rast gəlmək olurdu, ona görə də Hello Kitty qeyri-asiyalıların diqqətini çəkdi.

“Mən düşünürəm ki, Hello Kitty-nin bütün dünyaya yayılmasında onun dizaynının dəyişmə rahatlığı və xalq istehlakının geniş diapazonu böyük rol oynayıb.”

Ola bilsin ki, Hello Kitty pişiyin hansısa bir abstrakt formasıdır, və o, ona xüsusi bir cazibə verir, və onda şübhəsiz kiçik bir qız ruhu var.

Bu sərginin üzərində işləyən zaman, Yano Sanrio şirkətindən öyrənib ki, Hello Kitty pişik deyil. Bu xəbər azarkeşləri şoka salıb/sarsıdıb.

“Bu, çox qəribədir. Mən başa düşmürəm.”

“O pişik deyil?”

“O pişik deyil?”

“Ola bilsin ki, Hello Kitty pişiyin hansısa bir abstrakt formasıdır, və o, ona xüsusi bir cazibə verir, və onda şübhəsiz kiçik bir qız ruhu var.”

Nə və ya kim olduğuna baxmayaraq, onun üzü məktəb ləvazimatlarından tutmuş mətbəx, hamam əşyalarına qədər saysız-hesabsız məhsulların üzərində təsvir olunub. Əksər azarkeşlər bildirilər ki, Hello Kitty-nin xoşbəxtlik, dostluq və əyləncə mesajı hər yaşdan və mədəniyyətdən olan insanları ona cəlb edir.

XS
SM
MD
LG