Accessibility links

Əfqanıstanda polis məntəqəsinə hücum olub


Əfqanıstan rəsmiləri deyib ki, bu gün Helmənd vilayətinin cənubunda maşına yerləşdirilmiş bombanın polis məntəqəsi qarşısında partladılması nəticəsində bir polis ölmüş, digər ikisi isə yaralanmışdır.

Hökumət sözçüsü deyib ki, vilayətin paytaxtı olan Ləşkər Gahda sərhəd keçid məntəqəsini hədəf alan şəxs tək olub.

“Biz əsas yolda təhlükəsizlik tədbirləri görmüşük. Lakin hücumçu fərqli istiqamətdən gəlib” – deyə polkovnik Məhəmməd Zahir bildirib.

Hücumun məsuliyyətini üzərinə götürən olmayıb. Helmənd vilayəti Talibanın istinadgahı hesab edilir.

XS
SM
MD
LG