Accessibility links

Əfqanıstanın Helmənd vilayətində intiharçı hücumu


Əfqanıstanın cənub Helmənd vilayətində intiharçı hücumu nəticəsində 9 adam ölüb.

Qareşk rayonunun icra başçısı Məhəmməd Salim Rohdinin bildirdiyinə görə, hücum zamanı Talibanla əlaqəsi olan 6 nəfər yaralanıb.

Taliban bununla bağlı şərh verməyib.

Talibanın rəqib fransiyaları arasında bundan əvvəl də qarşıdurmalar olub. Helmənd komandiri Molla Rəsulun tərəfdarları ilə liderlik uğrunda mübarizə aparan Molla Heybətulla Axundzadəni dəstəkləyənlər arasında toqquşmalar olur.

Qərbi Paktika vilayətində isə mopedə yerləşdirilmiş qurğunun partlaması ilə bir qadın və dörd uşaq həlak olub. Hadisə zamanı 7 nəfər xəsarət alıb.

Hücumun məsuliyyətini üzərinə alan olmayıb.

XS
SM
MD
LG