Accessibility links

Senatda oğru rejimlərin Qərb demokratiyasına törətdiyi təhlükə müzakirə olundu [Video]


Helsinki Komissiyası kleptokratiyaya qarşı mübarizə mövzusunda dinləmə keçirib
please wait

No media source currently available

0:00 0:02:08 0:00

Avropada Təhlükəsizlik və Əməkdaşlıq komissiyası kimi tanınan Helsinki Komissiyası çərşənbə axşamı Dirksen Senat binasında kleptokratiyaya qarşı korporativ şəffaflıq mövzusunda dinləmə keçirib.

Tədbirin əsas müzakirə mövzuları avtoritar rejimlərin korrupsiya yolu ilə Avropa və ABŞ-da nüfuz əldə etməsinə qarşı mübarizə və ABŞ-ın çirkli pulların yuyulması əleyhinə apardığı siyasətin təkmilləşdirilməsi olub.

Senat üzvlərinin və ekspertlərin iştirak etdiyi dinləmələrə Demokrat senator Şeldon Uaythaus sədrlik edib.

Açılış nitqində Senator Uaythaus Azərbaycan hökümətinin 2012-2014-ci illər arasında Böyük Britaniyada qeydiyyatda olan 4 böyük şirkət vasitəsilə 2,5 milyard avronun (2,8 milyard dolların) yuduğunu və bu pul vasitəsilə Avropada lobbiçilərə, siyasətçilərə rüşvət verilməsi və bahalı əşyaların alınmasında istifadə edildiyini bildirib.

Kleptokratiyaya qarşı mübarizə mövzusunda diləmə, Dörkset Senat binası, 3 oktyabr, 2017
Kleptokratiyaya qarşı mübarizə mövzusunda diləmə, Dörkset Senat binası, 3 oktyabr, 2017

Demokrat senator Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (Organized Crime and Corruption Reporting Project – OCCRP) araşdırmasına istinad edərək bildirib ki, sözügedən illər ərzində Azərbaycanda 90-dək insan haqları fəalı, müxalifətçi və jurnalist siyasi motivli ittihamlarla həbsxanalara salınıb.

Avtoritar rejimlər öz ölkələrində qanunsuzluqla əldə etdiklərini qorumaq üçün pulları qanunların işlədiyi ölkələrə daşımağa çalışırlar.

Hudson İnstitutundan olan kleptokratiya üzrə ekspert Çarles Deyvidson çıxış edərək bildirib ki, hazırda avtoritar rejimlər özlərini 21-ci əsrin biznes modelinə uyğunlaşdırıblar.

“Avtoritar rejimlər öz ölkələrində qanunsuzluq və talanla əldə etdiklərini qoruyub-saxlaya bilsinlər deyə bu pulları qanunların işlədiyi, azad və demokratik ölkələrə daşımağa çalışırlar.”

Daha sonra çıxış edən Avropa Birliyinin ABŞ üzrə nümayəndəsi Karolayn Visini qeyd edib ki, qloballaşmanın yaratdığı azadlıq və üstünlük sayəsində hazırda cinayətkar və terror qruplarına külli miqdarda maliyyə vəsaitləri köçürülə bilir.

Kleptokratiyaya qarşı mübarizə mövzusunda diləmə, Dörkset Senat binası, 3 oktyabr, 2017
Kleptokratiyaya qarşı mübarizə mövzusunda diləmə, Dörkset Senat binası, 3 oktyabr, 2017

“Biz terrorçu qrupların və mütəşəkkil cinayət təşkilatların öz qanunsuz fəaliyyətlərinin miqyasını genişləndirə bildiyi bir dünyada yaşayırıq. Dünyanın hər yerində olan saxta şirkətlər, xüsusi fondlar və digər qurumlar bu cür fəaliyyətlərin məqsədinə yardım edəcək pul axınlarının həyata keçirilməsinə xidmət edir.”

Məxfilik məsələsi aradan qaldıraraq anonim şirkətlərin fəaliyyətinə son qoymalıdır

Maliyyə Hesabatlılığı və Korporativ Şəffaflıq (FACT) Koalisiyası və üzv təşkilatları adından çıxış edən Qari Kalman, qlobal korrupsiyaya qarşı mübarizə üsulunda əsaslı islahatların aparılmasının vacibliyini qeyd edib.

“Hüquq-mühafizə orqanları arasında daha yaxşı koordinasiya və məlumat ötürülməsini təmin etməliyik. Konqres insan hüquqlarını pozan və irimiqyaslı korrupsiya ilə məşğul olan şəxsləri hədəf alan Qlobal Maqnitski qanunu qəbul edərkən əhəmiyyətli bir addım atdı. Lakin bu, yetərli deyil. Məxfilik məsələsi aradan qaldırılaraq anonim şirkətlərin fəaliyyətinə son qoyulmalıdır. Əgər biz çirkli pulları yumaq üçün həmin şirkətlərdən istifadə edənləri müəyyən edə bilmiriksə, o zaman biz islahatlar keçirib, qanunu dəyişib həqiqi günahkarları müəyyən etməliyik.”

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG