Accessibility links

ABŞ Helsinki Komissiyası Azərbaycana dair dinləmələr keçirəcək


Konqres
Konqres

57 ölkədə insan hüquqları və beynəlxalq əməkdaşlığın vəziyyətini izləyən ABŞ Konqresinin Helsinki Komissiyası noyabrın 5-də Azərbaycanda insan hüquqları ilə bağlı dinləmələr keçirəcək.

Bu barədə Turan agentliyi məlumat yayıb.

“Azərbaycanda qanunun aliliyi və vətəndaş cəmiyyəti” mövzusunda keçiriləcək tədbirdə Azərbaycan hökumətinin onu tənqid edənləri sıxışdırmaq üçün öz hüquqi sistemindən necə istifadə etməsindən danışılacaq. Həmçinin 1 noyabr parlament seçkiləri ilkin təhlil ediləcək, onun ölkənin gələcəyinə təsiri müzakirə olunacaq.

“Son iki ildə Azərbaycanda qanunun aliliyinə və insan hüquqlarına hörmətin azalması müşahidə edilir. Vətəndaş təşkilatlarının bir çoxu təzyiq və təqiblər səbəbindən bağlanmalı olub.

Müstəqil KİV öz fəaliyyətini məhdudlaşdırıb və ya bağlanıb. Müxalifət partiyaları təqiblərə məruz qalır və çox zaman seçki prosesindən kənarlaşdırılır. Tanınmış siyasətçilər siyasi motivli ittihamlarla uzun müddətə həbs olunurlar”, komissiyanın məlumatında deyilir.

Diskussiyalarda ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstar, Beynəlxalq Hüquq Mərkəzinin vitse-prezidenti Nataliya Burjali, Leyla və Arif Yunusların qızı Dinara Yunus iştirak edəcək.

XS
SM
MD
LG