Accessibility links

Həmas yeni siyasətini açıqlayıb


Fələstinli militant qrup Həmas beynəlxalq mövqeyini yaxşılaşdırmaq məqsədilə mövcud xartiyasına İsrailə qarşı mövqeyini yumşaldan yeni qanunlar daxil edib.

Lakin buna baxmarayaraq Həmas İsrail dövlətini tanımağı rədd etməyə və onillər önsə İsrailin yaranması ilə didərgin düşən fələstinli qaçqınların torpaqlarına geri dönmələrini tələb etməyə davam edir.

Bazar ertəsi Dohada açıqlanan yeni bəyannamə qadağan edilmiş Müsəlman Qardaşlığı ilə əlaqələrin sərtləşdirilməsinə, Misirlə münasibətlərin yaxınlaşdırılmasına və İsrailin 1967-ci ildə Altıgünlük Müharibədə ələ keçirdiyi torpaqlarda Fələstin dövlətinin yaranmasına çağırır.

Qəzzə zolağına nəzarət edən Həmas mötədil siyasi rəqibi Fətah və Fələstin İdarəçiliyinin başçısı Mahmud Abbasla dərin fikir ayrılıqlarına sahibdir.

Bazar ertəsi Həməsin Dohada açıqladığı bəyannamə Mahmud Abbasın ABŞ prezidenti Donald Trampla Vaşiqtonda keçiriləcək ilk görüşündən iki gün öncəyə təsadüf edir.

XS
SM
MD
LG