Accessibility links

Əfqanıstanın Herat vilayətində bomba hücumu


Əfqanıstanın Herat vilayətində bomba hücumu nəticəsində 8 mülki vətəndaş həlak olub, 7 nəfər xəsarət alıb.

Partlayış benzindoldurma məntəqəsi yaxınlığındakı bazarda baş verib.

Ölənlər arasında qadın və uşaqlar da var.

Yerli səhiyyə rəsmiləri Amerikanın Səsinə ölənlərin sayının artacağı ehtimalı olduğunu bildirib.

Hücumun məsuliyyətini üzərinə alan olmasa da, bölgədə güclü Taliban mövcudluğu var.

XS
SM
MD
LG