Accessibility links

ABŞ-Azərbaycan hərbi əməkdaşlığı müzakirə edilib (Yenilənib)


Fevralın 16-da Azərbaycanın müdafiə naziri Zakir Həsənov Azərbaycanda səfərdə olan ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danforla ğörüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, iki ölkə arasında hərbi əlaqələrin uğurla inkişaf etdiyini qeyd edən Z.Həsənov Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq, o cümlədən Silahlı Qüvvələrimizin NATO proqramları çərçivəsində fəaliyyəti, Əfqanıstanda həyata keçirilən "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasına verilən töhfə haqqında ətraflı danışıb.

Cozef Danford və Zakir Həsənov
Cozef Danford və Zakir Həsənov

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan nazir münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Mətbuat xidməti bildirir ki, C.Danford prezident İlham Əliyevin Silahlı Qüvvələrdə həyata keçirdiyi uğurlu islahatlardan xəbərdar olduğunu və ölkəmizin terrorizmlə mübarizədə iştirakını, o cümlədən sülhməramlılarımızın Əfqanıstandakı əməliyyatlarda yüksək peşəkarlığını diqqətə çatdırıb.

Cozef Danford və Zakir Həsənov
Cozef Danford və Zakir Həsənov

Qarşılıqlı maraq doğuran görüşdə Xəzər dənizində təhlükəsizlik məsələləri, kütləvi qırğın silahlarının yayılmaması, həmçinin ikitərəfli hərbi əlaqələrin genişləndirilməsi, treninqlərin keçirilməsi və hərbi təhsil məsələləri müzakirə olunub.

Azərbaycana ilk dəfə səfər etdiyini bildirən C.Danford Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə ikitərəfli görüşün Bakıda keçirilməsi üçün göstərilən səylərə və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə minnətdarlığını bildirib.

***

Fevralın 16-da Bakıda səfərdə olan ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüşüb.

Cozef Danford və Zakir Həsənov
Cozef Danford və Zakir Həsənov

ABŞ səfirliyi Twitter səhifəsində yazıb ki, görüşdə Azərbaycanla ABŞ arasında hərbi əlaqələr müzakirə edilib.

XS
SM
MD
LG