Accessibility links

Müdafiə naziri NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi ilə görüşüb


Azərbaycanın müdafiə naziri Zakir Həsənov mayın 31-də NATO-nun Türkiyənın İzmir şəhərində yerləşən Quru Qoşunları Komandanlığının Qərargah rəisi, diviziya generalı Erhan Uzun ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, görüşdə Azərbaycanın NATO ilə əməkdaşlığı, ölkənin beynəlxalq sülhməramlı əməliyyatlara verdiyi töhfə, təhlükəsizlik məsələləri, regionda baş verən hərbi-siyasi proseslərlə bağlı müzakirələr aparılıb.

Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi təlimi ilə əlaqədar ölkədə səfərdə olan E.Uzun Azərbaycan Silahlı Qüvvələrinin NATO və tərəfdaş dövlətlərlə uzlaşma səylərini, həmçinin beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasına ölkənin verdiyi töhfəni yüksək qiymətləndirdiyini vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG