Accessibility links

Azərbaycan Rusiyadan növbəti silah partiyasını alıb


Azərbaycan Rusiyadan hərbi texnika, silah-sursat və digər hərbi texniki avadanlığın növbəti partiyasını alıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Müdafiə Nazirliyi bildirir ki, Bakı limanına artilleriya və raket sistemləri üçün gətirilən çoxlu sayda mərmilər, raketlər və digər hərbi-texniki əmlak qarşı tərəfin mühəndis-istehkam qurğularının, canlı qüvvəsinin və geniş ərazidə obyektlərinin dəqiq zərbə ilə məhv edilməsi üçün nəzərdə tutulub.

Silahların adları açıqlanmır.

XS
SM
MD
LG