Accessibility links

Azərbaycan və Almaniya Müdafiə Nazirlikləri qərargah danışıqları aparıb


Azərbaycan və Almaniya Müdafiə Nazirlikləri

Avqustun 30-da Berlin şəhərində Azərbaycan və Almaniya Müdafiə Nazirlikləri arasında qərargah danışıqları keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın cari vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, sülhməramlı əməliyyatlar üzrə əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.

XS
SM
MD
LG