Accessibility links

Azərbaycan və Belarus müdafiə nazirləri 2018-ci ildə əməkdaşlıq planı imzalayıb


Zakir Həsənov və Andrey Ravkov
Zakir Həsənov və Andrey Ravkov

Azərbaycan və Belarus müdafiə nazirlikləri arasında 2018-ci il üçün əməkdaşlıq planı imzalanıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, Belarusda səfərdə olan müdafiə naziri Zakir Həsənov oktyabrın 9-da bu ölkənin müdafiə naziri Andrey Ravkovla görüşüb.

"Müdafiə nazirlərinin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşlərində ikitərəfli münasibətlərin, xüsusilə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi qeyd edilib", mətbuat xidməti bildirir.

Nazirlər beynəlxalq və regional təhlükəsizlik problemləri, hərbi ekspertlərin qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, müdafiə naziri Z.Həsənovun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 8-də Belarusa səfərə gedib, oktyabrın 9-da müdafiə naziri Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

Səfər davam edir.

XS
SM
MD
LG