Accessibility links

Naxçıvanda snayperlərin təlim toplantısı keçirilir


Snayperlər

2017-ci ilin döyüş hazırlığı planına əsasən Əlahiddə Ümumqoşun Orduda snayperlərin təlim toplantısı keçirilir. Bu barədə Müdafiə Nazirliyinin mətbut xidməti məlumat yayıb.

Snayperlər
Snayperlər

Məlumatda deyilir ki, toplantıda əsas diqqət çətin relyef və kəskin iqlim şəraitinə malik olan Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərmək üçün şəxsi heyətə yüksək dözümlülük, təmkinlik, fiziki hazırlıq kimi xüsusiyyətlərin aşılanmasına yönəldilib.

“Məşğələlər zamanı hədəfin aşkar edilməsi, ona gizli yaxınlaşma, atəş mövqeyi seçmə, maskalanma, atəş üçün ilkin məlumatların hazırlanması, sərrast atəşlə şərti hədəfin məhv edilməsi və digər fəaliyyətlər məşq etdirilir”, mətbuat xidməti bildirir.

Məlumatda xatırlanılır ki, bölmələrin silahlanmasındakı müxtəlif ölkələrin, eləcə də milli müdafiə sənayesinin istehsalı olan müasir snayper tüfəngləri tapşırıqdan, ərazidən, məsafədən və digər faktorlardan asılı olaraq hərbi qulluqçular tərəfindən təyinatına görə tətbiq olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada amerikalı jurnalist saxlanıb
please wait

No media source currently available

0:00 0:09:40 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG