Dekabrın 6-da Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Plan, Prinsiplər Baş İdarəsinin rəisi Yavuz Türkgenci ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, danışıqlar zamanı hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, təlimlərin və treninqlərin sayının artırılması məsələləri, qarşıdakı vəzifələr, birgə fəaliyyət istiqamətləri müzakirə edilib.