Sentyabrın 3-dən başlayacaq Türkiyənin Konya şəhərində "TURAZ Şahini - 2018" birgə taktiki-uçuş təlimləri başlayır.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri, texniki və uçuş heyəti Konya şəhərinə gəlib.
Təlimlərin Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, həyata keçirildiyi bildirilir.
Müştərək təlimlər sentyabrın 14-dək davam edəcək. Təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd "MiQ-29" qırıcı və 3 ədəd "Su-25" hücum təyyarələri iştirak edəcək.