Accessibility links

Azərbaycan Ermənistanda keçirilən komanda-qərargah təlimlərinə münasibət bildirib


Azərbaycan xarici işlər nazirliyi
Azərbaycan xarici işlər nazirliyi

Sentyabrın 11-dən 14-dək Ermənistanda "Şant-2018" komanda-qərargah təlimləri keçirilir. Təlimlərə baş nazir rəhbərlik edir, ölkədə şərti hərbi vəziyyət elan edilir.

Ermənistan mediası yazır ki, ssenariyə görə təlimlərdə həm siyasi, həm də hərbi rəhbərlik iştirak edir. Ermənistan ordusu "şərti olaraq itirilmiş torpaqları geri qaytarır".

"Ermənistan hökumətinin "Müharibənin elan edilməsi barədə təklifin təqdir olunması" haqda təklifini əsas götürərək Ermənistan Konstitusiyasının 118-ci maddəsinin birinci bəndini və "Ermənistan Milli Məclisinin nizamnaməsi" konstitusiya qanununun 105-ci maddəsini əldə rəhbər tutaraq Ermənistan Milli Məclisi Azərbaycana qarşı müharibə elan etməyi qərara alır", bu barədə Ermənistan parlamentinin mətbuat katibi təlimlərdən danışarkən bildirib.

Ermənistan Sərhəd Qoşunlarının Baş Qərargah rəisi Artak Davtyan jurnalistlərə bildirib: "Biz "Şant-2018" təlimlərinin ssenarisi üzrə itirilmiş əraziləri qaytardıq. Düşmən neytral zonada manevrlər etdi, biz buna mane olduq. Lakin sərhəd zonası artilleriya tərəfindən atəşə tutulub, yaralananlar və həlak olanlar var. Sərhəd Qoşunları atəş nöqtələrini sıxışdırır. Hazırda ölkədə hərbi vəziyyət elan edilməyib, ancaq vəziyyət buna doğru gedir", o deyib.

Davtyanın sözlərinə görə, yerli idarəetmə orqanlarının hamısı bu ssenariyə hazırlaşır. Məqsəd hərbi vəziyyət elan olunsa, vaxtında səfərbərliyin həyata keçirilməsidir.

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanda keçirilən hərbi təlimlərə münasibət bildirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Ermənistanın Azərbaycana qarşı başladığı müharibə 27 ildən artıqdır davam edir.

“Ermənistanda keçirilən “Şant-2018” hərbi komanda-qərargah təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana qarşı müharibə elan etməsi ssenarisi mövcud faktın, yəni Ermənistanın işğalçı və təcavüzkar dövlət olmasının növbəti təsdiqi və etirafıdır. Bu, həmçinin, Ermənistanın yeni siyasi-hərbi rəhbərliyinin malik olduğu arxaik və feodal düşüncənin göstəricisidir”, o, açıqlamasında qeyd edib.

Hacıyevin fikrincə, Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin substantiv danışıqlar yolu ilə həlli istiqamətində konstruktiv addımlar atdığı və digər qonşu dövlətlərlə birlikdə regionun çiçəklənməsinə xidmət edən hərtərəfli regional əməkdaşlıq layihələrinin müəllifi qismində çıxış etdiyi halda, Ermənistanın yeni hakimiyyəti Serj Sarkisyan rejiminin hərbi diktatura siyasətini davam etdirərək, regionu yeni hərbi avantüralarla və təhlükələrlə üzbəüz qoyur.

“Beynəlxalq ictimaiyyət sivil dünya ilə Ermənistan arasında ciddi uçurumun olmasının şahidi olur. Ermənistana qarşı təsirli beynəlxalq siyasi-diplomatik təzyiqlərin göstərilməməsi Ermənistanın cəzasızlıq hissini daha da artırır”.

Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edir ki, danışıqlar prosesinin pozulmasına, vəziyyətin gərginləşdirilməsinə və “müharibə oyunları” kimi hərbi avantüralara görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür.

Xalırladaq ki, sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının açılışı günləridnə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG