Accessibility links

Müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edir


Fuad Ələsgərov
Fuad Ələsgərov

Sentyabrın 25-də Bakı Ekspo Mərkəzində üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb.

Sərginin açılış mərasimində dövlət və hökumət rəsmiləri, Azərbaycandakı səfirliklərin, beynəlxalq təşkilatların təmsilçiləri, xarici ölkələrin müdafiə nazirləri və digər əlaqədar qurumların nümayəndələri iştirak edib.

Fuad Ələsgərov
Fuad Ələsgərov

Açılış mərasimində Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov prezident İlham Əliyevin təbrik məktubunu oxuyub.

Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev bildirib ki, üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biridir.

“Sərgi müasir silah və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir”, o qeyd edib.

Beynəlxalq Müdafiə sərgisi
Beynəlxalq Müdafiə sərgisi

“ADEX-2018” sərgisində dünyanın 29 ölkəsini təmsil edən 224 şirkəti bir araya gəlib. Sərgidə Azərbaycan, Belarus, Çin, Fransa, İsrail, Pakistan, İran, Rusiya, Serbiya, Türkiyə və Ukraynanın aparıcı şirkətləri 11 stendlə təmsil olunur. Təmsil olunan şirkətlərin sayının çoxluğuna görə ilk dördlüyə Türkiyə (41 şirkət), Rusiya (25 şirkət), İsrail (14 şirkət) və Belarus (10 şirkət) daxildir. İştirakçıların coğrafiyası Estoniya, Hindistan və Qazaxıstan kimi ölkələrin hesabına genişlənib. Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir.

Sərginin açılış mərasimində dövlət və hökumət rəsmiləri, Azərbaycandakı səfirliklərin, beynəlxalq təşkilatların təmsilçiləri, xarici ölkələrin müdafiə nazirləri və digər əlaqədar qurumların nümayəndələri iştirak edirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG