Accessibility links

Partlayış baş vermis hərbi hissənin ətrafından indiyədək 43.883 hərbi sursat götürülüb


Hərbi sursat təmizlənir
Hərbi sursat təmizlənir

Xızı rayonu ərazisində (Bakıdan 70 kilometr şimal) yerləşən hərbi hissənin anbarında baş vermis partlayışdan keçən 116 gün ərzində 25 532 ədəd partlamamış hərbi sursat (PHS), 18 351 ədəd partlamış-yanmış sursat qalıqları və 101 213 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 87 058 647 kv.m (8 706 ha) ərazi yoxlanılıb.

Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) məlumatında deyilir.

Rəsmi məlumata görə, 2017-ci il avqustun 27-də Müdafiə Nazirliyinin Xızı rayonu ərazisindəki hərbi hissəsində naməlum səbəbdən baş vermiş yanğın nəticəsində həmin hərbi hissənin utilləşmə üçün hazırlanmış silah–sursat anbarında partlayışlar baş verib.

Hərbi sursat
Hərbi sursat

Baş vermiş hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb, istintaq hələ də davam etdirilir.

Agentlik bildirir ki, bu il yanvarın 23-də də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış davam etdirlib, 81 ədəd partlamamış hərbi sursat (PHS), 298 ədəd partlamış-yanmış mərmi qalıqları və 526 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 3 736 803 kv.m (373.68 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə agenrlik 116 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 16 ferma ərazisinə, 45 əkin sahəsinə, 13 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xəttinə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəməri və Bakı-Rostov dəmiryol xəttinin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına, yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG