Amerika Birləşmiş Ştatlarından müharibədə həyatını itirmiş insanların xatirəsi şərəfləndirmək üçün xeyli sayda abidələr var. Bunlardan ən məhşuru Hərbi Dəniz Piyadası abidəsidir. Abidə 1945-ci ildə çəkilən fotonun əsasında hazırlanıb. Fotoda İkinci Dünya Müharibəsinin sonlarına doğru Yaponiyanın İvo Cima adasına bayraq sancan dəniz piyadaları əks olunmuşdu. Bu memorial 1775-ci ildən bu yana həlak olan Hərbi Dəniz Piyadası əsgərlərinə ithaf edilib.
Abidələrin əksəriyyətində əsgər heykəllərinin olmasına baxmayaraq, Milli İkinci Dünya Müharibəsi Memorialında Ulu Nəsilə ehtiram göstərmək məqsədilə arxitekturadan geniş istifadə edilib. Bürünc panellər və qranit sütunlar müharibə illərində olan milli vəhdəti təzahür etdirir. Müharibələr zamanı həyatını itirmiş 400 mindən çox amerikalını şərəfləndirmək üçün abidə 4 min qızıl ulduzla bəzədilib.
Digər abidə divarı isə müharibədə vəfat etmiş 58 min əsgərin şərəfinə hazırlanıb. Qara və sərt qranit üzərinə həlak olanların adları yazılan Vyetnam Veteranları memorialı 1982-ci ildə hazırlanarkən xeyli sayda mübahisələrə səbəb olmuşdu. Lakin, hazırda ölkənin ən məşhur və qüdrətli abidələrindən hesab edilir. İl ərzində milyonlarla turist buranı ziyarət edir. Biz çoxları buraya gül, qeydlər və ya şəkillər qoyur.
Koreya Müharibəsi Veteranları abidəsi də fərqli tərzə malik abidələrdəndir. Ən yeni memoriallardan hesab edilən bu abidə 19 ədəd 2 metr hündürlüyündə müxtəlif növ əsgər heykəllərindən ibarətdir. Bu heykəllər Koreya müharibəsində vuruşan hərbi-dəniz, hava və quru donammalarına məxsus əsgərləri şərəfinə ucaldılıb. Bundan əlavə memorialda 3 illik müharibədə vəfat etmiş əsgərləri adları əks edilib.
Horizontal şəkildə yuxarı doğru yüksələn 3 qübbə formasında olan Hərbi Hava Qüvvələri abidəsi uçuşu təmsil edir. Digər abidələrdən fərqli olaran bu memorial xüsusi olaraq hər hansi konflikti deyil, Hərbi Hava Qüvvələrində xidmət bütün kişi və qadın əsgərləri şərəfləndirmək üçün ucaldılıb.
Xatirə günündə bütün bu abidələr izləyənlər üçün xüsusi məna kəsb edir.