Oktyabrın 5-də xarici dövlətlərin Azərbaycanda akkreditə olunan hərbi attaşeləri Hərbi Hava Qüvvələrinin avia bazasında olub.
Müdafiə nazirliyinin mətbuat xidmətinin məlumatına görə, on beş dövləti təmsil edən hərbi attaşelərə əvvəlcə hərbi hissə, onun yaranma tarixi barədə ümumi məlumat verilib.
Aviabazada qonaqlar şəxsi heyət üçün yaradılan şərait, uçuş və texniki heyətlə tanış olub, əsgər yeməkxanaları və yataqxanalarına, məşğələ otaqlarına baxıblar.
Silahlanmada olan hərbi texnika ilə tanış olan qonaqlar şəxsi heyətin döyüş hazırlığı məşqlərini izləyib.