Accessibility links

“NATO + Azərbaycan” formatında müzakirə keçirilib


Mayın 2-də Brüssel şəhərində NATO-nun mənzil-qərargahında, Tərəfdaşlıq və Kooperativ Təhlükəsizlik Komitəsində Azərbaycan Respublikasının 2017-ci il üzrə “Planlaşdırma və Analiz Prosesi”nin qiymətləndirmə sənədinin “NATO + Azərbaycan” formatında müzakirə iclası keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iclasda Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri ilə yanaşı müzakirə mövzularına müvafiq olaraq ölkənin digər aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri də iştirak edib.

Görüşdə müdafiə sahəsində aparılan islahatlar, NATO və tərəfdaş ölkələrlə əməkdaşlıq, tərəfdaşlıq məqsəd və öhdəliklərin yerinə yetirilməsi, NATO-Azərbaycan Hərbi Təhsil və Təlim sahəsində birgə Fəaliyyət Planı, eləcə də Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində aparılan fəaliyyətlər, sülhməramlıların Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfə və digər məsələlər müzakirə olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG