Accessibility links

''Yeni döyüş meydanındakı təhlükələr qarşı hərbi fəza qüvvələri yaradırıq''


''Yeni döyüş meydanındakı təhlükələr qarşı hərbi fəza qüvvələri yaradırıq''
please wait

No media source currently available

0:00 0:01:54 0:00

Bir zamanlar əlçatmaq ideya kimi görsənsə də Pentaqon artıq Amerika kosmik aktivlərini daha yaxşı müdafiə etmək üçün Hərbi Fəza Qüvvələri qurmağa başlayır.

Bizim rəqiblər artıq fəzanı müharibə ərazisinə çeviriblər. ABŞ da bu sınaq qarşısında geri çəkilməyəcək.

Cümə axşamı Pentaqonda çıxış edən vitse-prezident Mayk Pens Rusiya və Çinin kosmosdakı təhdidlərinə müqavimət göstərmək üçün altıncı hərbi qol olan Hərbi Fəza Qüvvələrinin yaradılması istiqamətdə ilk addımların atıldığını qeyd edib.

"Bizim rəqiblərin həyata keçirdiyi tədbirlərdən aydın olur ki, onlar fəzanı artıq müharibə ərazisinə çeviriblər. ABŞ da bu sınaq qarşısında geri çəkilməyəcək.'' - deyə, vitese-prezident Mayk Pens bildirib.​

Son onillərdir ki, hərbi üçün yeni bölmə yaradılmırdı. Lakin, layihənin dəstəkləyənlər düşünür ki, İkinci Dünya Müharibəsindən sonra hava gücünün vacibliyi başa düşülərək Hərbi Hava Qüvvələri yaradıldığı kimi fəza qüvvələri də gələcəkdə hərbi üçün çox vacib faktor olacaq.

"Mən düşünürəm ki, biz artıq fəzanın ordumuz və iqtisadiyyatımız üçün çox vacib olduğu nöqtəyə yaxınlaşırıq. Bundan sonra bizə kosmosda yaşayıb-işləyə bilən nüfuzlu mütəxəssislər heyətinə ehtiyacımız olacaq.'' - deyə, Stratejik və Beynəlxalq araşdırmalar mərkəzinin nümayəndəsi Todd Harrison bildirib.

Ancaq müdafiə naziri Cim Mattis hazırda fəza idarəetmə panını təsdiqləsə də, o əvvəllər daha bir hərbi qüvvənin yaradılması fikrinə qarşı çıxmışdı.

Mattis keçən il Konqresə təqdim etdiyi məktubunda əlavə xərcləri azaltmaq və müharibə əleyhinə funksiyaları gücləndirən inteqrasiyaya fokuslanmaq lazım olduğunu bildirmişdi.

Hələlik Hərbi Fəza Qüvvələri hərbi kosmik mütəxəssisləri bir araya gətirərək insansız rabitə peykləri, raket xəbərdarlıq kompleksləri və GPS-ləri qorumağa davam edəcək.

NASA isə z növbəsində kosmik uçuş proqramlarını davam etdirəcək.

Prezident Tramp Konqresdən 2020-ci ilə qədər rəsmi olaraq yeni hərbi qüvvələrin yaradılmasını istəyib.

XS
SM
MD
LG