Accessibility links

Konqres hərbi itləri geri qaytarmaq istəyir [Video]


Konqres hərbi itləri geri qaytarmaq istəyir.
please wait

No media source currently available

0:00 0:02:01 0:00

Konqres hərbi itləri geri qaytarmaq istəyir.

ABŞ-da heyvanların hüquqlarını müdafiə qrupları deyir ki, Birləşmiş Ştatlar müharibə veteranları ilə yanaşı, eyni zamanda döyüş meydanında risk qarşısında olan hərbi itlərin qayğısına qalmalıdır. Konqresin bəzi üzvləri müharibədə iştirak etmiş hərbi itlərin qəhrəman kimi tanınmasına çağırır.

Amerika Humanitar Assosiasiyasının Konqresdə keçirdiyi tədbirdə demokrat konqresmen Henri Kueyyar əsgərlər və hərbi itlər arasında müharibə dövrü yaranmış münasibətlərin əhəmiyyətini vurğulayıb.

“Əsgər və onun həyatını qurtaran canlı arasında dostluq yarananda, onlar döyüş meydanından dönəndə biz əsgərə həmin iti özünə götürməyə icazə veririk.”

Konqresdə böyük əksəriyyət döyüşdən qayıdan itlərin ABŞ-a gətirilib əvvəlki sahiblərinə verilməsini istəyir. Heyvanların müdafiə qrupu olan Amerika Humanitar Assosiasiyası da bunun tərəfdarıdır.

Hər il Amerika Humanitar Assosiasiyası hərbi qüvvələr, hüquq-mühafizə orqanları, xilasetmə əməliyyatları və digər sahələrdə istifadə edilən itlərə Qəhrəman İt mükafatı təqdim edir.

Serjant Rambo adlı alman çoban itə İlin Hərbi İti mükafatı verilib. O, ABŞ-ın dəniz piyada korpusunda partlayıcıların yerini müəyyən edib və onun bir ayağı amputasiya olunub.

O indi 1eyri-kommersiya təşkilatı olan Gizmo’s Gift-də uğur simvolu sayılır və Silahlı Qüvvələrin K-9 üzvlərinin səfiri kimi ximət edir.

Amerikanın İlin Qəhrəman İti titulu isə Harli adlı çivaraya verilib. 10 il pis rəftarın qurbanı olub və nəticədə bir gözünü itirib.

Harli indi incidilən itlərin müdafiəsi simvoluna çevrilib.

Digər bir alman çoban iti Aksel İlin ən yaxşı xidmət göstərən İti mükafatını qazanıb. Onun sahibi Ceyson Haaq təqaüdə çıxmış dəniz donanması kapitanıdır. O, iki dəfə döyüşə getdikdən sonra stress və beyin zədələri alıb. Ceyson deyir ki, onu həyata qaytaran Aksel olub.

Amerika Humanitar Assosiasiyasından Robin Ganzert hər bir qəhrəman itin unikal və ilhamverici hekayəsinin olduğunu deyir.

“Bu heyvanlar bizi daha yaxşı insan edir.”

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG