Accessibility links

Pentaqon hərbi paradın keçirilməsini təsdiq etdi


General Normal Şvarzkopf və ABŞ prezidenti Corc Buş 1991-ci ildə Vaşinqtonda keçirilən hərbi parad zamanı hərbçiləri salamlayarkən
General Normal Şvarzkopf və ABŞ prezidenti Corc Buş 1991-ci ildə Vaşinqtonda keçirilən hərbi parad zamanı hərbçiləri salamlayarkən

Pentaqondan bildirilib ki, ABŞ prezidenti Donald Trampın müraciətinə müvafiq olaraq, bu il ərzində hərbi paradın keçirilməsi planlaşdırılır. Lakin, paytaxt Vaşinqton küçələrinin zədələnməməsi üçün parada tanklar daxil edilməyəcək.

Keçən ay Tramp 11 noyabr Veteranlar Günü münasibətilə paytaxtda hərbi paradın təşkil edilməsi imkanlarının araşdırılması göstərişi vermişdi.

Pentaqonun cümə günü ictimailəşdirilən memorandumunda bildirilir ki, yerli infrastruktura xəsarət yetirməmək üçün parad zamanı tanklar nümayiş etdirilməyəcək və yalnız təkərli nəqliyyat vasitələri iştirak edəcək. Memorandumda əlavə edilir ki, parad böyük sayda təyyarələrin uçuşu ilə tamamlanacaq.

Memorandumda paradın təşkil edilməsi üçün sərf ediləcək büdcə qeyd edilməyib. Ağ Evin büdcə direktoru bu yaxınlarda Konqresə bildirib ki, paradın təşkilati məsrəfləri 10 milyondan 30 milyon dollara qədər dəyişə bilər.

Pentaqondan verilən məlumata görə, Ağ Evdən ABŞ Kapitoluna qədərə davam edəcək paradda “azadlığı dəyəri” vurğulanacaq.

ABŞ-da bu ilki Veteranlaq Günü tədbirləri Birinci Dünya Müharibəsinin bitməsinin 100 illiyinə təsadüf edir.

ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron Bastiliya Gününə həsr edilmiş parad zamanı
ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron Bastiliya Gününə həsr edilmiş parad zamanı

Prezident Donald Tramp və birinci xanım Melania Tramp keçən ilin iyul ayında Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə Bastiliya Gününə həsr edilmiş paradda iştirak ediblər. Bildirilənə görə, ABŞ prezidenti bu təşəbbüsü həmin paraddan ilhamlanaraq irəli sürüb.

Birləşmiş Ştatlarda hərbi paradlar nadir hallarda keçirilir. Sonuncu parad 1991-ci ildə ABŞ ordusunun Körfəz Müharibəsində Səddam Hüseynin İraq qoşunlar üzərində qələbəsinə həsr edilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG