Accessibility links

Bakıda Azərbaycan-Rusiya hərbçiləri kimyəvi müdafiə, Azərbaycan-Fransa hərbçiləri kibertəhlükəsizlik müzakirələri aparıb


Bakıda Azərbaycan və Rusiyanın kimyəvi, bioloji və radioloji müdafiə üzrə hərbi mütəxəssislərinin görüşü olub.

Görüş Azərbaycan və Rusiya Müdafiə Nazirlikləri arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq planına uyğun olaraq keçirilib.

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında keçirilən görüşdə hər iki dövlətin hərbi strukturlarının kimyəvi, bioloji və radioloji müdafiə üzrə əldə etdikləri təcrübə müzakirə olunub, bu sahədə elmi tədbirlərin keçirilməsinin vacibiyi vurğulanıb. Məlumatı Müdafiə Nazirliyi yayıb.

Mənbənin məlumatına görə, Azərbaycan və Fransa arasında isə kibertəhlükəsizlik üzrə mütəxəssislərin işçi görüşü keçirilib.

Görüşdə dövlət idarəçiliyi, bank, nəqliyyat, milli təhlükəsizlik və digər sahələrdə kibertəhlükəsizliyin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Mütəxəssislər tərəfindən kibertəhlükəsizlik, onlayn təhlükəsizlik, şəbəkələrin etibarlılığı üçün həlledici təminat məsələləri ən mühüm istiqamətlərdən biri kimi qiymətləndirilib. Bu sahədə səmərəli beynəlxalq əməkdaşlıq, lazımi qərarların qəbulu və onların həyata keçirilməsi məqsədilə hər il regional və qlobal səviyyədə dövlət, qeyri-hökumət və beynəlxalq qurumlar tərəfindən müxtəlif tədbirlərin təşkilinin vacibliyi qeyd olunub.

İşçi görüş aprelin 28-dək davam edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG