Accessibility links

130 gündə 25 829 ədəd partlamamış hərbi sursat, 20 150 ədəd partlamış-yanmış sursat qalıqları götürülüb


Hərbi sursat
Hərbi sursat

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar (Bakıdan 72 kilometr şimal) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) və Fövqəladə Hallar Nazirliyinin (FHN) birgə keçirdiyi təmizləmə əməliyyatlarından keçən 130 gün ərzində 25 829 ədəd partlamamış hərbi sursat (PHS), 20 150 ədəd partlamış-yanmış sursat qalıqları və 105 117 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 100 240 706 kv.m (10 024 ha) ərazi yoxlanılıb.

Bu barədə ANAMA-nın məlumatında deyilir.

Agentlik bildirir ki, 130 gün ərzində ərazidəki 12 evə, 46 evin həyətyanı sahəsinə, 16 ferma ərazisinə, 45 əkin sahəsinə, 13 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd

Hərbi sursat
Hərbi sursat

məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryol xəttinin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına, yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib.

Fevral 8-ə isə 9 ədəd partlamamış hərbi sursat, 72 ədəd partlamış-yanmış mərmi qalıqları və 177 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 787 000 kv.m (78.7 ha) ərazi yoxlanılıb.

Rəsmi məlumata görə, 2017-ci il avqustun 27-də Müdafiə Nazirliyinin Xızı rayonu ərazisindəki hərbi hissəsində naməlum səbəbdən baş vermiş yanğın nəticəsində həmin hərbi hissənin utilləşmə üçün hazırlanmış silah–sursat anbarında partlayışlar baş verib.

Baş vermiş hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb, istintaq hələ də davam etdirilir.

XS
SM
MD
LG