Accessibility links

Müdafiə Nazirliyi: Azərbaycanda Pentaqonun nəzarətində olan laboratoriya yoxdur


Müdafiə Nazirliyi
Müdafiə Nazirliyi

“Azərbaycan ərazisində başqa dövlətin nəzarətində olan hər hansı laboratoriya yoxdur”. Azərbaycan Müdafiə Nazirliyindən Rusiya ilə qonşu postsovet ölkələrində, o cümlədən Gürcüstanda Pentaqonun nəzarətində olan bioloji laboratoriyaların rekonstruksiyasının davam etdirilməsi ilə bağlı Rusiya Müdafiə Nazirliyinin nüvə, kimyəvi və biloji müdafiə Baş İdarəsinin rəisi İqor Kirilovun bəyanatını şərh edərkən bildirblər.

"Azərbaycan ərazisində başqa dövlətin nəzarətində olan hər hansı laboratoriya mövcud deyil. Odur ki, onların rekonstruksiyasından da söhbət gedə bilməz", Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildirblər.

Rusiya hərbi dairələrinin nümayəndələri bildirirlər ki, ABŞ bioloji silah işləmləri həyata keçirir və bəzi postsovet ölkələrindəki laboratoriyalarnda insanlar üzərində təcrübələr aparır.

Rusiyalı hərbçilər Azərbaycanda da belə laboratoriyaların olduğunu bildiriblər. Onların fikrincə ABŞ keçmiş SSRİ-nin bir çox ölkələrində – Ukrayna, Moldova, Gürcüstan, Özbəkistan, Azərbaycan, Qazaxıstan və başqalarında biomərkəzlər (Luqar mərkəzləri) açıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG