Oktyabrın 23-də Tel-Əvivdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkov İsrailin müdafiə naziri Aviqdor Liberman ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə görüşdə regional təhlükəsizlik, iki ölkələ arasında hərbi, hərbi-texniki əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
İsrailin müdafiə naziri Aviqdor Liberman bu ilin sentyabrında Azərbaycanda səfərdə olub. O, Azərbaycan prezidenti və yüksək vəzifəli rəsmilərlə hərbi, hərbi texniki əməkdaşlıq məsələlərini müzakirə edib.