Accessibility links

Müdafiə Nazirliyi: Azərbaycan tərəfdə erməni hərbi əsiri yoxdur


Müdafiə nazirliyi
Müdafiə nazirliyi

Azərbaycan Müdafiə Nazirliyi aprelin 2-4-də döyüş əməliyyatları zamanı 25 erməni hərbiçisinin əsir düşdüyü barədə iddiaları təkzib edib.

Amerikanın Səsinin sorğusuna cavabda Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, Azərbaycan tərəfdə heç bir hərbi əsir yoxdur.

Xatırladaq ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan aprelin 7-də 25 erməninin əsir düşdüyü və onların azad edilməsi və ya dəyişdirilməsi üzrə işlər aparıldığı haqqında bəyanatla çıxış edib.

Öz növbəsində, Qırmızı Xaç Komitəsinin Yerevandakı və Bakıdakı işçiləri hazırki döyüş əməliyyatları zamanı itkin düşənlərin axtarışı və taleyinin müəyyən edilməsi haqqında sorğu aldıqlarını təsdiq edib.

XS
SM
MD
LG