Accessibility links

Azərbaycan Türkiyə və Suriya arasında yaranmış vəziyyətdən narahatdır


Bununla əlaqədar Azərbaycan BMT-dəki daimi missiyasına müvafiq təlimat verib

Azərbaycan Türkiyə və Suriya arasında yaranmış vəziyyətdən narahatdır. Bu barədə oktyabrın 4-də Trend agentliyinə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev Türkiyə ilə Suriya arasında vəziyyətin kəskinləşməsini şərh edərkən bildirib.

"BMT TŞ-yə üzv olan ölkə kimi Azərbaycan üçün beynəlxalq təhlükəsizlik məsələsi çox vacibdir. Biz, əlbəttə, regionda yaranmış gərgin vəziyyətdən narahatıq və bununla əlaqədar Azərbaycanın BMT-dəki daimi missiyasına müvafiq təlimat verilib", - Abdullayev deyib.

Qeyd edək ki, dünən sərhədyanı Şanlıurfa vilayətinin beş sakini Suriya tərəfdən atılan mərminin yaşayış evinə düşməsi nəticəsində həlak olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG