Accessibility links

Hərbi attaşelərə cəbhədəki son durumla bağlı məlumat verilib


Müdafiə Nazirliyində hərbi attaşelərlə görüş
Müdafiə Nazirliyində hərbi attaşelərlə görüş

Sentyabrın 7-də Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində 13 dövlətin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeslərinin iştirakı ilə görüş keçirilib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə deyilir ki, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi Hüseyn Mahmudov sentyabrın 6-dan başlayan Azərbaycan Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə keçirilən Komanda Qərargah Hərbi Oyunları haqqında görüş iştirakçılarına məlumat verib.

Oyunların keçirilmə müddəti və məqsədi, təlimlərdə iştirak edən şəxsi heyətin sayı, cəlb olunan zirehli texnika, aviasiya vasitələri, digər qurğu və sistemlərin miqdarı, eləcə də bu mövzuda digər məsələlər xarici ölkələrin hərbi nümayəndələrinin diqqətinə çatdırılıb.

Görüşdə qoşunların təmas xəttindəki son durumu, qarşı tərəfin vəziyyəti gərginləşdirmək məqsədilə cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinə, mülki əhaliyə qarşı təxribatları, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin qısa müddət ərzində vurduğu cavab zərbələri, erməni hərbi bölmələrinin çoxsaylı itkiləri və digər məsələlər barədə ətraflı məlumat verilib.

Mətbuat Xidməti bildirir ki, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması, BMT-nın Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi qətnamələrin yerinə yetirilməməsi, dünya ictimaiyyətinin bu məsələyə göz yumması, həmçinin xüsusi olaraq Azərbaycan Silahlı Qüvvələrinin torpaqların işğaldan azad edilməsinə hazır olması bir daha hərbi attaşelərin diqqətinə çatdırılıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG