Accessibility links

Hərəkət edə bilən polimer [Video]


Hərəkət edə bilən polimer
please wait

No media source currently available

0:00 0:01:41 0:00

Sintetik polimerlər, yəni plastiklərdən boyadan tutmuş butulkalar, günəş eynəkləri və DVD-lərə kimi bir çox məsulun istehsalında istifadə olunur. Təsəvvür edin ki, sürünə bilən plastikdən nə düzəldilə bilər. Niderlandlı tədqiqatçılar işığa reaksiya nəticəsində tırtıl kimi hərəkət edə bilən yeni polimer inkişaf etdirib.

Biz bu materialdan səhrada günəş panellərində istifadə edə bilərik. Təsvəvvür edin ki, qum tufanı baş verir və panellər yıxılır. Onları qumdan təmizləmək çətin olacaq. Amma bu material günəş işığı vasitəsilə titrəyib, öz-özünə qumdan təmizlənə bilər.
Dirk Yan Mulder

Nidelrandda tədqiqatçılar deyir ki, polimerin üzərinə işıq saçanda material hərəkət edə bilir.

“Biz xüsusi plastik növündən istifadə edirik. O, maye kristal polimerdən düzəldilib. Bu isə o deməkdir ki, onun içindəki birləşmələr ekranlarda gördüyümüz maye kristallar kimidir”, deyə Eindhoven Texnologiya Universitetindən Dirk Yan Mulder bildirir.

Polimer düzbucaqlı plastik çərçivənin içində bir tərəfi ultrabənövşəyi işığa reaksiya olaraq yığılanda, digər tərəf isə genişləyəndə yaranan dalğa effekti nəticəsində hərəkət etməyə başlayır.

Polimer işığı özünə çəkəndə, arxasında kölgə yaranır. Onun hərəkət edə bilməsi üçün öz kölgəsi çox vacibdir.

“Biz əyri forma düzəltdik ki, polimer örtüyün üzərinə içıq saçanda materialın bir hissəsi işıqlansın. Bu halda digər tərəf kölgədə qalır. Bu isə o deməkdir ki, işıq həmin tərəfə saçanda o, formasını dəyişir”, deyə Ann Helen Gelebar bildirir.

İşıq polimerinin çərçivəsi örtüyün özündən daha qısadır və bu, onun dalğalanmasına səbəb olur və beləcə hərəkət etməsinə gətirib çıxarır.

Biz əyri forma düzəltdik ki, polimer örtüyün üzərinə içıq saçanda materialın bir hissəsi işıqlansın. Bu halda digər tərəf kölgədə qalır. Bu isə o deməkdir ki, işıq həmin tərəfə saçanda o, formasını dəyişir.
Ann Helen Gelebar

Bunu izləmək əyləncəlidir. Bundan əlavə isə tədqiqatçılar deyir ki, material bir çox sahədə istifadə oluna bilər.

“Biz bu materialdan səhrada günəş panellərində istifadə edə bilərik. Təsvəvvür edin ki, qum tufanı baş verir və panellər yıxılır. Onları qumdan təmizləmək çətin olacaq. Amma bu material günəş işığı vasitəsilə titrəyib, öz-özünə qumdan təmizlənə bilər”, Dirk deyir.

Bundan əlavə bu materialı dar yerlərə daxil ola bilən, kiçik əşyalar daşıyan balaca robotlarda da istifadə etmək olar.

XS
SM
MD
LG