Bu gün ABŞ-da müstəqillik günü qeyd olunur. 1776-ci ildə bu gün Britaniya ilə müharibə edən 13 Amerika koloniyası yeni dövlət qurdu. Mühasirəyə alınmış Amerika qoşunlarına yardım etmək üçün Atlantik Okeanını keçən Fransa hərbi gəmisi olmasa idi, bəlkə də 1783-cü ildə bitən müharibədə amerikalılar məğlub olardı. İndi isə bu əzəmətli gəminin kopiyası həmin yol boyu səyahət edərək iyul ayının otralarınadək ABŞ-ın şərq sahilində olacaq. Hazırda gəmi Nyu-York limanındadır.
65 metr uzunluğunda olan Hermiona freqat gəmisinin kopiyası köhnə rəsmlərdə təsvir olunan hərbi gəmilərə bənzəyir-böyük yelkənlər, gəminin ornamentlə bəzədilmiş burnu, iplərlə yuxarı dırmaşan dənizçilər. Aurora Le Vilain əsasən fransız könüllülərdən ibarət ekipaj üzvlərindən biridir. O bununla yüksəklik qorxusuna üstün gəlməyə çalışır.
Bundan öncə Alis Bru heç vaxt gəmiyə minməyib.
“Burada 200-dən çox ip var və hərəsindən bir şey üçün istifadə olunur. Bu isə fiziki cəhətdən çətindir çünki hər şey ağırdır.”
Hermionanın tarixi Amerika ordu komandiri və daha sonra prezident olan Corc Vaşinqton, eləcə də orduda könüllü olan gənc Fransız aristokrat Markiz de Lafayet arasında dostluqla başlayır. Lafayet amerikalılara yardım etmək məqsədilə gəmi və silah gətirmək üçün Fransaya dönmüşdü. Geri gəldikdə isə o, britaniyalılara qarşı döyüşmək üçün Hermiona gəmisi ilə geri qayıtmışdı.
Bu, tarixdə azadlığa ən simvolik səyahətlərdən biridir. Bununla Birləşmiş Ştatların azad və müstəqil ölkə kimi yaranması qeyd edilir
Müasir tütək və nağara qrupu olan Roy Ulf tarixin dərslərini yada salır.
“Amerikalılar çətin vəziyyətdə idilər, sonra Lafayet gəldi və onlar birlikdə müharibədə qələbə çaldırlar.”
Gəminin kopiyası 17 il əvvəl Fransada hazırlanıb. Ziyarətçi Kan Qoyniç 18-ci əsrdə gəmiqayırma texnikasına heyran qalıb.
“Toplar 1770-ci illərdə Herminoa və Fransa hərbi dəniz donanması üçün silah hazırlayan fabrikdə istehsal olunub.”
Gəminin kopiyası mümkün qədər orijinala bənzdilib, deyə gəminin nəzarətçisi Bruno Qravellier bildirir. Lakin o həmçinin bildirib ki, gəmini daha təhlükəsiz etmək üçün motor kimi bəzi əlavələr edilib.
“İndi hamamın yerləşdiyi yerdə, o zaman yüzlərlə qoyun saxlanılırdı.”
Dəyişməyən darısqal göyərtələrdir, deyə tarix tələbəsi Adam Hodcs-LeCler bildiri. O, ekipajın az sayda amerikalı üzvlərindən biridir.
“Bəzən insanlar bir-birlərinə çox yaxın olurlar və yer darısqal olur. Eyni zamanda, manevr edəndə sənə dəstək olacaq birilərinin yanında olması yaxşıdır.”
Amerikada fəaliyyət gösərən Herminona-Lafayetin Dostları təşkilatının prezidenti Maylz Yanq tarixi gəminin bu gözəl kopiyasının yaradılmasının Fransa-Amerika dostluğunun daha da möhkəmlənməsinə xidmət edəcəyinə ümid edir.
“Bu, tarixdə azadlığa ən simvolik səyahətlərdən biridir. Bununla Birləşmiş Ştatların azad və müstəqil ölkə kimi yaranması qeyd edilir.”
O deyir ki, “Azadlıq Freqatı” kimi tanınan Hermiona bütün dünyada da azadlığın mahiyyətini vurğulayacaq.