Accessibility links

Azərbaycanda yarım tondan çox heroin tutulub [Video]


Heroin
Heroin

İrandan Azərbaycan ərazisinə daxil olan yük avtomobilindən yarım tondan çox heroin aşkar edilərək götürülüb.

Azərbaycan Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətinin məlumatına görə, narkotik Astara Gömrük İdarəsi (bakıdan 317 kilometr cənub-İranla sərhəd) tərəfindən tutulub.

“Rentgen qurğusundan keçirilərkən həmin avtomobilin qoşqusunda şübhəli cizgilər müşahidə olunub. Kinoloji xidmət itinin tətbiqi ilə təkrar baxış zamanı xidməti it qoşqudakı dörd paletə reaksiya verib. Daha sonra həmin paletlər açılıb və ümumilikdə 515 kq narkotik vasitə - heroin aşkar edilib”, Gömrük Komitəsi bildirir.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bu son illər Azərbaycanda tutulan ən böyük narkotik partiyasıdır. Bundan öncə, bu ilin aprelində Naxçıvanın İranla sərhəddə yerləşən Şahtaxtı gömrük sərhəd-keçid məntəqəsində 108 kiloqram heroin aşkar edilərək götürülüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG