Accessibility links

Azərbaycan gömrükçüləri böyük miqdarda heroin tutub


Narkotik
Narkotik

Azərbaycanın Gürcüstanla sərhəddə yerləşən “Sınıq körpü” sərhəd məntəqəsində (bakıdan 494 kilometr qərb) gömrükçülər yük maşınında 69 kiloqram heroin aşkar edib.

Azərbaycan Gömrük Komitəsinin mətbuat xidməti bildirir ki, qoşqulu yük maşını İrandan Azərbaycan ərazisilə Gürcüstana gedirmiş. Avtomobili Türkiyə vətəndaşı Atəş Rifat Əhməd idarə edib.

Yoxlama zamanı qoşqunun altında ümumi çəkisi 69,6 kq. olan 116 bağlama heroin aşkar edilib. Araşdırma aparılır.

Xatırladaq ki, 2014-cü ilin yayında həmin marşrutla böyük miqdarda maye sabun adı ilə maye heroin daşınıb. O zaman bu heroin partiyasını Gürcüstan gömrükçüləri aşkar etmişdilər.

XS
SM
MD
LG