Accessibility links

Edinburq hersoqu Filip ictimai fəaliyyətini sonlandırır


Kral ailəsinin qərargahında gözlənilməz görüş kraliça və Filipin sağlamlığı ətrafında suallar yaradıb

Bukinqem sarayı cümə axşamı elan edib ki, kraliça Yelizavetanın həyat yoldaşı şahzadə Filip bu ilin sonunda ictimai fəaliyyətinə xitam verəcək.

Sarayın bəyanatında bildirilir ki, kraliça 95 yaşlı Filipin bu qərarını tam dəstəkləyir.

Şahzadə Filip xeyriyyə tədbirlərində iştirakını davam etdirəcək. Ancaq heç bir ictimai təşkilatın fəaliyyətində aktiv şəkildə rol almayacaq.

Edinburq hersoqu Filip ürək xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq çox fəal ictimai fəaliyyətlə məşğuldur. Saray onun sağlamlığı ilə bağlı başqa heç bir məlumat verməyib.

Media nümayəndələrinin məlumatına görə, bu günün erkən saatlarında kral ailəsinin qərargahında baş tutan gözlənilməz görüş kraliça və Filipin sağlamlığı ətrafında müəyyən suallar dalğası yaradıb.

Çərşənbə günü kraliça sarayda baş nazir Tereza Meylə görüş, şahzadə Filip isə Londondakı kriket klubunda tədbirdə ictimaiyyət arasına çıxdıqları zaman gümrah görünürdülər.

XS
SM
MD
LG