Accessibility links

Hesabat: 2017-də 81 jurnalist öldürülüb


Dünyanın ən böyük junralist təşkilatının verdiyi məlumata görə, bu il işlərini yerinə yetirərkən azı 82 müxbir öldürülüb, media işçilərinə qarşı zorakılıq və qısnama halları isə sürətli şəkildə artıb.

Associated Press-in verdiyi məlumata görə Beynəlxalq Jurnalistlər Federasiyasının hər il dərc etdiyi “Qətl Hesabatında” müxbirlər həyatlarını hədəfli qətllər, maşın bomba hücumları və qarşılıqlı atışma nəticəsində itirib.

2017-ci ildə 250-dən çox jurnalist həbs edilib.

Dekabrın 29-a olan məlumata görə, jurnalistlərin ölüm halları son 10 ildə ən aşağı səviyyədədir və 2016 ilə müqayisədə 93-dən 81 düşüb. Ölüm hallarının ən çoxu Meksikada baş verib, amma bir çoxu da Əfqanıstan, İraq və Suriyada olub.

Federasiya cümə günü İŞİD-in Kabildə şiələrin mədəniyyət mərkəzinə intiharcı bomba hücumu nəticəsində bir digər jusrnalistin öldürüldüyünü bildirir amma təsdiq edə bilmir.

Təşkilatın prezidenti Filip Lerut deyib ki, ölüm hallarının azalsa da, jurnalistikada zorakılıq səviyyəsi qəbuledilməz dərəcədə yüksəkdir.”

Dafne Karuana Qalizia
Dafne Karuana Qalizia

O deyib ki, “Beynəlxalq Jurnalistlər Federasiyası jurnalistlərin öldürülməsi hallarının hökümətlərin bu cinayətlərin cəzasız qalmasına qarşı mübarizəsi ilə əlaqər azalmaması narahatedicidir.”

Səkkiz qadın jurnalisti öldürülüb. Onların ikisi Avropa demokratiyalarında öldürülüb. Bunlar Danimarkada haqqında yazdığı ixtiraçının sualtı qayığında öldürülən Kim Uol və maşınına yerləşdirilmiş bombanın partlaması nəticəsində ölən maltalı araşdırmaçı jurnalist Dafne Karuana Qaliziadır.

Təşkilat həmçinin xəbərdarlıq edib ki, “misli görünməmiş sayda jurnalist həbs olunub, qaçıb, özünü sensura halları geniş yayılıb və müstəqil jurnalistikaya qarşı hücumlar, qətllər cəzasız qalır.”

Somalili jurnalist Məhəmməd İbrahimin cəsədi
Somalili jurnalist Məhəmməd İbrahimin cəsədi

2016-cı ilin iyul ayında baş tutmayan çevriliş cəhdindən bəri mediaya qarşı rəsmi təqibləri davam etdirən Türkiyə çox sayda jurnalistləri həbs edir. Hazırda ölkədə təxminən 160 jurnalist həbsdədir. Bu isə bütün dünyada həbsdə olan jurnalistlərin üçdə ikisi deməkdir.

Təşkilat dünyanın ən böyük demokratiyası, Hindistanla bağlı narahtlığını ifadə edib və orada jurnalistlərə qarşı hücumların zorakı popülizmin səbəb olduğunu bildirib.

Jurnalistlərin qətl hallarının ən çox ölduğu ölkələrin siyahısı:

Meksika: 13

Əfqanıstan: 11

İraq: 11

Suriya: 10

Hindistan: 6

Filippin: 4

Pakistan: 4

Nigeriya: 3

Somali: 3

Honduras: 3

XS
SM
MD
LG