Accessibility links

ABŞ 6 ölkədə soyqırım və vəhşiliklərə dair hesabat açıqlayıb


Birləşmiş Ştatlar ABŞ hökumətinin maliyyə, diplomatik və digər tədbirlərdən necə istifadə etdiyini vurğulayan bir hesabatın bir hissəsi olaraq, altı ölkədə - Myanma (Burma kimi də tanınır) Çin, Efiopiya, İraq, Suriya və Cənubi Sudanda baş verən soyqırım və vəhşiliklərə görə çağırış edərək onları dayandırmağa çalışmağın vacibliyini vurğulayıb.

Soyqırım və vəhşiliklərin qarşısının alınması ilə bağlı illik hesabatı Dövlət katibi Antoni Blinken bazar ertəsi günü açıqlayıb.

"Bu il ilk dəfə olaraq hesabat Burma, Efiopiya, Çin və Suriya da daxil olmaqla, konkret ölkələrdə vəhşiliklərin ətraflı məlumatlarını təqdim edib. Bunlar gündəmimizdəki ən sərt xarici siyasət problemlərini təmsil edir" - deyə, Blinken bildirib.

"Diplomatiya, xarici yardım, fakt araşdırma missiyalarındakı araşdırmalar, maliyyə alətləri və tapşırıqlar və bu kimi hesabatlar daxilində əlimizdə olan bütün alətlərdən istifadə edəcəyik. Bu da məlumatlılığı artırmaqla yanaşı, koordinasiya olunmuş beynəlxalq təzyiq və cavabı təmin edir" - deyə, Blinken əlavə etdi.

Yanvar ayında Blinken Çinin Sincan bölgəsindəki uyğurlara qarşı soyqırımı və insanlığa qarşı cinayətlər törətdiyini təsdiqləmişdi. Dövlət Departamenti müsəlman azlıqların həbsində və ya onlara qarşı sui-istifadədə cavabdeh olduğu güman edilən Çin rəsmiləri üçün viza məhdudliyyətləri tətbiq edib.

ABŞ, Avropa İttifaqı, Britaniya və Kanada insan haqlarının pozulmasındakı roluna görə iki Çin rəsmisinə sanksiya tətbiq edib. Sincanda insan haqlarının pozulmasındakı rollarına görə onlarla Çin şirkəti də ABŞ Müəssisələr Siyahısına əlavə edilib.

Bəzi mütəxəssislər məhdudiyyətləri qeyd edərkən bildirib ki, soyqırımın qarşısının alınmasının yalnız mənəvi məsuliyyət deyil, həm də beynəlxalq hüququn öhdəliyidir.

XS
SM
MD
LG