Accessibility links

Yeməli həşərat yetişdirən ferma


Yeməli həşərat yetişdirən ferma
please wait

No media source currently available

0:00 0:02:45 0:00

Bu bizim üçün qəribə ola bilər, lakin yeməli həşəratların tərkibində protein, dəmir və kalsium kimi minerallar yüksək səviyyədədir. Yeməli böcəklərdəki sürfələr, yüksək növlü yağlar insan beyninin inkişafına yaxşı təsir edir. Böcəklər dünyanın bir çox ölkəsində pəhrizin tərkib hissəsidir. Lakin Birləşmiş Ştatlarda böcək yeməkləri çox nadir hal olsa da, bu, cüzi şəkildə dəyişməyə başlayıb.

Bu konteynerlər Kolarado ştatıın Denver şəhəri yaxınlığındakı “Roki Mauntin Micro Ranç”dan yola düşəcək. Bu kiçik fermanın təsisçisi Vendi Makqril həşəratların olduğu qutuları yoxlayır. ““Roki Mauntin Micro Ranç” Koloradoda ilk və yeganə yeməli həşərat yetişdirən fermadır. Biz çəyirtkələri və un qurdlarını restoranlara və ərzaq istehsalçılarına satmaq üçün yetişdiririk” - deyə, Vendi Makqril bildirir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına istinadən bildirilir ki, ət və toyuqla qidalanma dünyanın zülalla təmin edilməsinə kifayət etmir. Həşəratlardakı zülallar bunun üçün daha əlverişlidir. Vendi Makqril böcəklərə pivə püresi, taxıl və kök yedizdirməklə, öz fermasında hər ay 275 kq həşərat yetişdirir. “Bizim planetdə torpaq və su az olduğu üçün mən də daha çox insanın qida ilə təmin edilməsində nə isə etmək istəyirəm.”

“Micro Ranch”a gələn ziyarətçilərin çoxu həşəratın dadına baxmayıb və bunu etmək belə istəmir. Ziyarətçi Terri Koellinq: “Mənim fikrimcə belə bir şeyin yeyilməsi o qədər də cəlbedici deyil. Siz ətrafınızda ölü həşərat görürsünüz və heç vaxt onları yemək ağlınıza gəlməz.”

Lakin bu ziyarətçi artıq həşəratlardan istifadə edənlərdəndir. Emı Franklin: “Mənim adım Emi Franklindir və mən “Kimsəsiz uşaqlar üçün fermalar” qeyri-hökumət təşkilatının təsisçisiyəm. Biz fermada yetişdirilən həşəratları işlədiyimiz digər ölkələrə ərzaq kimi göndəririk, çünki yeməli həşəratlar həmin ölkələrdə çox populyardır.”

“Kimsəsiz uşaqların çoxunun evi yoxdur. Onların nə isə yetişdirmək və ya toyuq saxlamaq üçün yerləri yoxdur. Zülal mənbəyi olan həşəratların yetişdirilməsi üçün isə çox az yer lazımdır” - deyə, Emı Franklin bildirir.

Həşaratlar Denverdəki “Linger” restoranında dadlı yeməklər arasındadır. Restoranın aşpazı Şon Bruno: “Biz qara qarışqanı küncüd, çəyirtkə ilə yaşıl çayla qarşıdırır, vermişelə qatırıq, üstünü isə çəyirtkələrlə bəzəyirik.”

"Linger"in direktoru Ceremi Kittelson: “Biz mal ətini çox sevirik və elə bir alim yoxdur ki, mal-qara fermaçılığının ən davamlı təsərrüfat olduğunu desin. Biz daha çoz həşarat yeməliyik."

Dünyada iki milyarddan çox insan həşətarlarla qidalanır. Amerikalılar da yavaş-yavaş onların sayına əlavə olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG