Accessibility links

Həsən Ruhani Rusiyaya səfər edib [Video]


Həsən Ruhani Rusiyaya səfər edib
please wait

No media source currently available

0:00 0:02:12 0:00

Həsən Ruhani Rusiyaya səfər edib

İranın prezidenti Həsən Ruhani Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Onlar ortaq iqtisadi maraqları eləcə də Yaxın Şərq və Suriyada əməkdaşlıqlarını müzakirə ediblər. İran və Rusiya Suriya prezidenti Bəşər Əl-Əsədi dəstəkləyən əsas tərəflərdir.

Vladimir Putin iqtisadi və siyasi əməkdaşlığı, Yaxın Şərqi və Suriya müharibəsini müzakirə etmək üçün Həsən Ruhanini Kremlə dəvət edib.

Rusiya və İranın əsas istəyi Yaxış Şərqdə qərbin, xüsusilə də Amerikanın nüfuzunu azaltmaq olduğu üçün, onlar fəqrliliklərini kənara qoya biliblər. Onların bir-birlərinə ehtiyacları olduğu üçün də ən azından yaxın gələcəkdə bu fərqlilikləri göz ardı etməyə davam edəcəklər.
Anna Borşçevskaya

Həsən Ruhani: “”Bizim məqsədimiz regionda sülh və sabitliyi möhkəmləndirməkdir. Bizim münasibətlərimizi inkişaf etdirməklə heç bir başqa ölkəni hədəf almırıq”.

Lakin təhlilçilər deyir ki, İran regionda Rusiyanın dəstəyini təmin etmək istəyir. Buna səbəb isə Tehranın regionda çox dostunun olmamasıdır.

Şərqşünaslıq İnstitutundan İrina Federova: “Rusiyanın regiondakı nüfüzunu nəzərə alaraq, Ruhani üçün Rusiya Federasiyasının dəstəyi çox vacibdir”.

Bu nüfuz Birləşmiş Ştatlar Suriya müharibəsindən geri çəkiləndən sonra artıb. Rusiya Suriyaya daxil olub və Putinin orada əsas oyunçu olmağına imkan yaradıb.

Ötən avqust İran Suriya prezidenti Bəşər əl-Əsədi dəstəkləmək məqsədilə Rusiyaya əməkdaşlığını təklif edəndən sonra, Rusiya İrandakı hərbi bazalardan hava hücumları həyata keçirməyə başlayıb.

Təhlilçi Anna Borşçevskaya deyir ki, Dəməşqi dəstəkləmənin Moskva üçün mənfəətləri olub.

“Putin Suriyada yaranan güc vakuumundan faydalandı,” o deyir.

Kreml prezident Trampın hakimiyyəti dövründə ABŞ-Rusiya münasibətlərinin yaxşılaşacağına ümid edir. Tramp isə İrana qarşı daha sərt tədbirlərin görülməsini istəyir.

Həsən Ruhani və Vladimir Putin
Həsən Ruhani və Vladimir Putin

“Bəlkə də, problem müzakirə oluna bilər, yəni ən azından bəzən bu problemin İran mediasında müzakirə olunduğunu bilirəm. Lakin onların bundan narahat olmalarına heç bir səbəbin olmadığından da əminəm,” İrina Fedorova deyir.

Bundan əlavə Rusiyanın İranın düşməni sayılan İsraillə münasibətləri yaxşılaşdırması da Tehranı narahat edir.

Anna Borşçevskaya: “Rusiya və İranın əsas istəyi Yaxış Şərqdə qərbin, xüsusilə də Amerikanın nüfuzunu azaltmaq olduğu üçün, onlar fəqrliliklərini kənara qoya biliblər. Onların bir-birlərinə ehtiyacları olduğu üçün də ən azından yaxın gələcəkdə bu fərqlilikləri göz ardı etməyə davam edəcəklər”.

Ruhani Rusiyada imzalanacaq silah və ya enerji sazişlərindən faydalana bilər. Bu, onun may ayında keçiriləcək prezident seçkilərindən öncə ən son xarici səfəridir.

XS
SM
MD
LG