Accessibility links

Heydər Əliyev Mərkəzində yanğına görə 3 nəfər həbs edilib


Passengers whose travel plans were affected by Typhoon Usagi wait at airline counters at Hong Kong's international airport, Sept. 23, 2013.
Passengers whose travel plans were affected by Typhoon Usagi wait at airline counters at Hong Kong's international airport, Sept. 23, 2013.

İstintaq qaynaq zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulduğunu müəyyən edib

Heydər Əliyev Mərkəzində iyulun 20-də baş vermiş yanğınla bağlı 3 nəfər barəsində həbs qəti imkan tədbiri seçilib.
Respublika Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə,
cinayət əməllərinə görə “DİA Holdinq” Şirkətinin mühəndisi Kaya Ümit Ruşen İhsan oğlu, “Treysan” firmasının qaynaqçısı Karahan Ömər Şərif Ömər oğlu və“Treysan” firmasının iş icraçısı (iş formeni) Şimşək Vedat Halit oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq müəyyən edib ki, DİA Holdinq” şirkətinin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş əməkdaşları iyulun 19-u və 20-də mərkəzin muzey hissəsinin tavan örtüyündə panel lövhələrinin bir-birinə metal konstruksiyalı xüsusi detallarla bərkidilib tənzimlənməsi işlərinin yerinə yetirilməsi zamanı yanğın baş verməsi və yayılması imkanlarının qarşısının alınmasının təmin edilməsi üçün müəyyən olunmuş yanğın təhlükəsizliyi qaydalarını lazımi səviyyədə təşkil etməyib.
Mətbuat xidməti bildirir ki, yanğının başvermə səbəblərinin araşdırılması məqsədilə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (ağır nəticələrə səbəb olmaqla yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Xatırladaq ki, Heydər Əliyev Mərkəzinin bu il mayın 10-da açılıb. Mərkəzin açılışında prezident ilham Əliyev iştirak edib.
Heydər Əliyev Mərkəzi Heydər Əliyev prospektində, inşa edilib. Mərkəzin memarı dünyada bir çox məşhur binaların memarı olan Zaha Hadiddir. Tikinti 2007-ci ildə başlanıb.
Mərkəzin ümumi sahəsi 15,25 hektardır. Onun 2 hektarını əsas bina və digər tikililər, 13,25 hektarı landşaft ərazisidir.
Kompleksin ümumi sahəsi 57 min kvadrat metrdir. Struktura muzey, 10.854 kvadrat metr sahəsi olan mədəni irs mərkəzi 985 nəfərlik konfrans zalı, 27.880 kvadrat metrlik çoxfunksiyalı zal, kitabxana və 12.920 kvadrat metrlik media mərkəzi daxildir.
XS
SM
MD
LG