Accessibility links

Hizbullah lideri qruplaşmanın HƏMAS-ın yüksək səviyyəli rəsminin öldürülməsindən sonra "səssiz qalmayacağını" vəd edib


Livanın güclü silahlı qruplaşması Hizbullah-ın rəhbəri çərşənbə günü deyib ki, İsrailin Beyrutda HƏMAS qruplaşmasının sədr müavinini öldürməsi "böyük və təhlükəli cinayətdir və buna susmaq olmaz".

Seyid Həsən Nəsrulla televiziya ilə çıxışında çərşənbə axşamı gecə Saleh Əl-Arurinin ölümünə səbəb olan "İsrailin açıq-aşkar təcavüzü"nə görə HƏMAS-a başsağlığı verib.

Zərbə çərşənbə axşamı Beyrutun cənubundakı Dahiyə qəsəbəsinə endirilib. Analitiklərin fikrincə, bu, İsrailin Hizbullah-a hətta onun əsas istehkamına belə çata biləcəyi ilə bağlı mesajı ola bilər.

Bu, İsrail hərbçiləri ilə Hizbullah arasında təxminən üç aydır sərhəd bölgəsi ilə məhdudlaşan gündəlik atışmadan sonra Beyruta endirilən ilk zərbə olub.

Hizbullah İsrailin cənubuna ölümcül hücum həyata keçirən HƏMAS-a dəstək olmaq üçün oktyabrın 8-də sərhəddən İsraili raket atəşinə tutdu ki, bu da İsrailin Qəzza zolağının şiddətli bombardmanına səbəb oldu.

1982-ci ildə İran İnqilab Mühafizəçiləri tərəfindən qurulan və Tehranın dəstəklədiyi Hizbullah İsrail və ABŞ-a düşmən olan ittifaqın əsas üzvüdür. 2006-cı ildə o, İsrailə qarşı bir ay müharibə edib.

Forum

XS
SM
MD
LG