Accessibility links

Hicab məhbusları həbsdə saxlanılıb


Azərbaycanda məktəblərdə
Azərbaycanda məktəblərdə

Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib

Bakı Apellyasiya məhkəməsi hicab məhbuslarını həbsdə saxlayıb.

Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə 8 nəfərdən ibarət hicab məhbuslarının apellyasiya şikayətinə baxılıb. Bu barədə Amerikanın Səsinə məhkəmədən bildiriblər.

Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi göstərilsə də, hakim apellyasiya şikayətini təmin etməyib, Nərimanov Rayon Məhkəməsinin aprelin 22-də qəbul etdiyi qərar qüvvədə qalıb.

Aprelin 22-də Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Rövşən Allahverdiyev, İlham Hətəmov, Anar Qasımlı, Tərlan Ağadadaşov 5 il 6 ay, David Kərimov, Telman Şirəliyev 6 il, Miradaş Quliyev, Ceyhun Quliyev 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar ötən il oktyabrın 5-də Bakıda Təhsil Nazirliyinin binası qarşısında “Hicaba azadlıq!” şüarı ilə keçirilmiş aksiyaya görə təqsirli bilinib. Hadisəyə görə 40-a yaxın şəxs həbs edilib.

Aksiyada iştirak edənlər Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə təqsirli biliniblər.
XS
SM
MD
LG