Accessibility links

Hidrogen yanacaq hüceyrəsi texnologiyası [Video]


Hidrogen yanacaq hüceyrəsi texnologiyası
please wait

No media source currently available

0:00 0:02:00 0:00

Maşın seçəndə qarşımızda üç seçim olur benzinlə çalışan maşınlar, benzin və batareya ilə çalışan hibrid maşınlar ya da tammilə elektrik maşınlar. Amma indi bəzi maşın şirkətləri gələcəyin yanacağı olaraq hidrogenə üz tuturlar.

Toyotanın Mirai maşını 2014-cü ildən bəri satışdadır.

Biz iki əsas məsələni nəzərə almalıyıq. Birincisi az karbon dioksid emissiyaları olan cəmiyyət yaratmaqdır. İkincisi isə gələcək üçün sabit enerji təchizatı yaratmaqdır. Bu baxımdan isə hidrogen çox böyük potensiala sahibdir.
Takeşi Uçiyamada

Şirkət hidrogen yanacaq hüceyrəsi ilə işləyən maşınlardən təkcə 4000 ədəd sata bilib.

Lakin Toyotanın sədri gələcəkdə emissiyasız maşınların arxasındakı texnologiyanın yanacaq hüceyrəsi olacağından əmindir.

“Biz iki əsas məsələni nəzərə almalıyıq. Birincisi az karbon dioksid emissiyaları olan cəmiyyət yaratmaqdır. İkincisi isə gələcək üçün sabit enerji təchizatı yaratmaqdır. Bu baxımdan isə hidrogen çox böyük potensiala sahibdir”, deyə Toyota Motor Korporasiyasından Takeşi Uçiyamada bildirir.

Yanacaq hüceyrəsi hidrogeni havada oksigenlə qarışdırır ki, mühərriyi işə salan elektrik yaratsın.

Yanacaq hüceyrəsi heç bir işlənmiş qaz buraxmır, çünki təkcə elektrik, istilik və sudan istifadə edir.

“Hidrogen istifadəçilər üçün elektrik maşınlardan daha əlverişlidir. Belə ki, hidrogenlə işləyən maşınlar daha uzun məsafə qət edir və maşına hidrogen doldurmaq benzin doldurmaqla eyni vaxt aparır”, Uçiyamada söyləyir.

Nəzəri bazımdan bu qulağa xoş gəlir, amma əslində Birləşmiş Ştatlarda hidrogen qaz doldurma məntəqələrinin sayı barmaqla sayıla biləcək qədər azdır.

Bundan əlavə isə hidrogen maşınlar həm də elektrik və hibrid maşınlardan daha bahalıdır.

Toyota Mirai
Toyota Mirai

“Gələcəkdə isə bu mümküdür. Əgər daha münasib qiymətə və kütləvi halda istehsal edilə bilən texnologiya düzəldilsə, o zaman hidrogen maşınlar digərlərinə yetişə bilər. Amma buna qarantiya yoxdur, çünki bizim cəmiyyətimiz artıq yaxşı bələd olduqları benzin və elektrikli maşınlara öyrəşib”, Takeşi Uçiyamada deyir.

Toyota 2020-ci ilədək 30 min hidrogenli maşın satmaq istəyir. Onların əsas məqsədi isə 2050-ci ilədək maşın emissiyalarını 2010-cu illə müqayisədə 90 faiz azaltmaqdır.

XS
SM
MD
LG